top of page

“Nyukasl”ın kapitanı döyüldü, ölümlə təhdid edildi

“Nyukasl”ın kapitanı və müdafiəçisi Camal Laskelles Nyukasl-apon Tayn şəhərinin mərkəzindəki küçədə hücuma məruz qalıb.


90plus.az “Daily Mail”-ə istinadən xəbər verir ki, gecə klubunun yaxınlığında bir neçə nəfər futbolçunu və onun 19 yaşlı qardaşını güllələməklə hədələyib.


Bir qrup naməlum şəxs Laskellesə hücum edərək onu döyməyə başlayıb. Təcili yardım gələnə qədər hücum edənlər hadisə yerindən qaçıblar və Laskellesin qardaşı xəstəxanaya aparılıb. Hazırda polis araşdırma aparır.


İngiltərəli futbolçu 2014-cü ildən “Nyukasl”da çıxış edir. Bu müddət ərzində o, 225 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə verib.

0 comments

Comments


bottom of page