top of page

Okan Buruk əsas xoşbəxtliyin səbəbini dedi!


"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə "Mançester Yunayted"ə qalib gəldikləri matç (3:2) haqqında fikirlərini bölüşüb.

90plus.az xəbər verir ki, mütəxəssis Türkiyə futbolu adına vacib qələbə qazandırlqarını vurğulayıb: 


"Yaxşı oyun oldu. Çox xoşbəxtik. Qrupda 4 xalla 2-ci pillədəyik. Səfərdə "Mançester Yunayted"i məğlub etdik. Bir Türkiyə klubunun burada İngiltərə komandasına qalib gəlməsi uzun illər xatırlanacaq. Bu, Türkiyə futbolu, "Qalatasaray" üçün çox vacibdir. Bəli, qrupda 2-ciyik. Amma əsas xoşbəxtliyimiz bir Türkiyə klubunun "Old Trafford"da qələbə qazanmasıdır. "Qalatasaray" Avropanın fatehidir. Adından da göründüyü kimi, uzun illərdir ki, bunu bacarır". 

Qeyd edək ki, "Qalatasaray" (4 xal) A qrupunda yalnız "Bavariya"dan (6 xal) geri qalır.

0 comments

Commenti


bottom of page