top of page

Olimpiya lisenziyası barədə Osman: “Onların bəxtləri gətirmədi”


Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Osman Nurmaqomedov (86 kq) Bakıda Olimpiya təsnifat turnirində Paris-2024-ə vəsiqə qazanması barədə danışıb.


90plus.az xəbər verir ki, 25 yaşlı idmançı doğma arenada qələbə qazandığı üçün sevindiyini deyib: “Azərbaycan mənim ikinci vətənimdir. Artıq 7-8 ildir burada yaşayıram. Bütün məşqçilərimə təşəkkürümü bildirirəm. Doğma meydanda qalib gəldiyim üçün çox şadam. Olimpiadada bir yox, bir neçə qızıl medal qazana bilərik”.


O.Nurmaqomedov Fransada təşkil ediləcək olimpiadadakı əsas rəqibini də açıqlayıb: “Olimpiadada əsas rəqibim amerikalı David Teylordur. Mənim çəki dərəcəmdə çoxlu çempionlar var, amma qalib olmaq istəyirəm. İstənilən rəqibə qalib gəlmək mümkündür”.


İdmançı turnirin ilk iki günündə uğursuz çıxış edən yunan-Roma və qadın güləşçiləri barədə də danışıb:


Oteldə söhbət edərkən ilk iki gündə lisenziya qazana bilməyən güləşçilərimizə görə narahatlıq keçirdiyimizi bildirirdik. Yunan-Roma və qadın güləşçilərimiz üzülməsinlər. Onların bəxtləri gətirmədi. İnanıram ki, gələn ay İstanbulda keçiriləcək Dünya Olimpiya Təsnifat turnirində uğurlu olacaqlar. Biz daim bir-birimizə dəstək veririk, yaxşı və dar gündə bir yerdəyik”.

0 comments

Comments


bottom of page