top of page

“Olimpiya”nın istənilən rəqibi məğlub etməyə gücü var” – Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin “Olimpiya” (Lyublyana) ilə baş tutacaq cavab qarşılaşmasından öncə mətbuat konfransında iştirak edib.


90plus.az xəbər verir ki, o, futbolçularına güvəndiyini söyləyib:


“Səfərdə qələbə qazanmışıq, üstünlüyümüz var. Lakin sabahkı matçda da ciddi olmalıyıq. Bir an belə boşluq vermək olmaz. Futbolçularımı sabahkı oyuna kökləməyə çalışmışam. Yaxşı oyun nümayiş etdirməyə çalışacağıq. Futbolçularıma inanıram və güvənirəm.


Mərhələ keçməkdə bizə nə mane ola bilər? Rəqibin istənilən rəqibi məğlub etməyə gücü var. Sabah mütləq ciddi çıxış etməliyik. Futbolçularım da bunu çox yaxşı bilirlər.


Patrik Andrade 10 gün sonra komanda ilə məşqlərə başlaya bilər. Bədavi Hüseynovun da zədəsini sağaltması üçün zamana ehtiyacı var. “Transfer pəncərəsi”ndə aktiv tərəfik. Son günə qədər işimizi düzgün yerinə yetirməliyik. Sabahkı oyun üçün heyəti hələlik müəyyənləşdirməmişəm.


İstəyimiz müdafiə xəttini gücləndirməkdir. Dünya futbolunda da görürsünüz: sıx qrafik futbolçuların zədələnməsinə səbəb olur”.


Sabah keçiriləcək görüş saat 20:00-da başlayacaq. Sloveniyadakı ilk qarşılaşmada “Qarabağ” 2:0 hesablı qələbə qazanıb.

0 comments

コメント


bottom of page