top of page

Olimpiya Təsnifat turniri: Bu gün heç bir idmançımız lisenziya qazanmadı


Bu gün yunan-Roma güləşində sonuncu təmsilçimiz Beka Kandelaki Avropa Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb.


90plus.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Sergey Semyonovla (AİN) üz-üzə gəlib.


Rəqibinə 9:0 hesabı ilə uduzan Kandelaki də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.


Qeyd: Daha əvvəl İslam Abbasov (87 kq) və Nihat Məmmədli (60 kq) və Murad Əhmədiyev (97 kq) məğlub olub, mübarizəni dayandırıblar. Beləcə, yunan-Roma növündə bu gün heç bir təmsilçimiz olimpiadaya vəsiqə əldə edə bilmədi.

Hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

0 comments
bottom of page