top of page

"Omoniya"nın futbolçusu: "İki erkən qol vurmağımız həlledici oldu"

“İstədiklərimizi gözlədiyimizdən asan etdik”.


90plus.az- ın məlumatına görə, bunu Kiprin “Omoniya” klubunun futbolçusu Roman Bezus “Qəbələ”ni 4:1 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə yerli mətbuata danışarkən deyib.


Keçirilən iki görüşdə Azərbaycan təmsilçisinin qapısına ümumilikdə 5 qol vuran ukraynalı hücumçu “qırmızı-qaralar” barədə müsbət fikirlər səsləndirib: “Əsas məsələ növbəti mərhələyə adlamağımız idi. “Qəbələ” çox yaxşı komandadır, onlara qarşı ciddi yanaşmaq lazım gəldi. İlk görüşdə bizə çətin anlar yaşatdılar. Cavab matçında isə iki erkən qol vurmağımız həlledici oldu”.


Ukrayna millisinin 33 yaşlı forvardı Qəbələdə het-trik, Nikosiyada isə dubl etməsinə münasibət bildirib: “Futbolda sıfırdan qəhrəmana çevrilə və qəhrəmanlıqdan sıfır dərəcəsinə düşə bilərsən. Qol vurmaq və ya assist etmək gözəl hissdir. Bu, özünəinam baxımından vacibdir. Amma mənim üçün adi haldır, qollar vurmağıma təəccüblənmirəm”.


Qeyd edək ki, ötən həftə Qəbələdə baş tutan ilk matçda “Omoniya” 3:2 hesablı qələbə qazanmışdı. “Qəbələ” avrokuboklarda mübarizəni dayandırıbsa, Kipr təmsilçisi III təsnifat mərhələsində Danimarka “Midtyullan”ına rəqib olub.



0 comments

Comments


bottom of page