top of page

"Onların heyəti 1 milyardlıqdır, bizimki 35 milyon"

Avstraliya millisinin baş məşqçisi Qrem Arnold DÇ-2022-nin qrup mərhələsinin ilk turunun Fransa yığması ilə oyunundan emosiyalarını bölüşüb.


90plus.az xəbər verir ki, "BBC Sport" avstraliyalı çalışdırıcının fikirlərini belə çatdırıb: 


"Matça əla başladıq, amma Fransa dünya kubokunu qazanmış komandadır... Onların heyətinin dəyəri 1 milyard avrodan çoxdur, bizimki isə 35 milyon. Bu, böyük fərqdir. Onların bir çox oyunçusu yüksək liqalarda oynayır, amma bizim orada heç kimimiz yoxdur".


Qeyd edək ki, Fransa Avstraliyanı 4:1 hesabı ilə məğlub edib.

0 comments
bottom of page