top of page

"Onların himni oxuduğunu eşitdim" Uelsin baş məşqçisi


"Matça yaxşı başladıq. Qol vurduğumuza görə sevinirəm və göstərdikləri oyuna görə futbolçulara minnətdaram".

90plus.az xəbər verir ki, bu fikirləri Uels millisinin baş məşqçisi Robert Peyc Bakıda İsveçrə yığması ilə 1:1 hesablı heç-heçə etdikləri Avropa çempionatının qrup mərhələsinin oyunu barədə danışarkən deyib.

Mütəxəssis Bakı Olimpiya Stadionunda istədikləri qədər azarkeş görmədiklərini bildirib: "Ancaq onların himni oxuduğunu eşitdim. Biz qol vuranda da fanatlar əla idilər. Təbii ki, daha çox azarkeşin stadionda olmasını istəyirəm". Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək (Report).

0 comments
bottom of page