top of page

"Onların Çempionlar Liqasından qovulma ehtimalı var"

UEFA-nın baş katibi Teodor Teodoridis "Real", "Yuventus" və "Barselona"nın Çempionlar Liqasından kənarlaşdırılacağı haqda yayılan məlumatlara münasibət bildirib.


90plus.az "Marca"ya istinadən xəbər verir ki, sözügedən klubarın Avropa Superliqasından ayrılmadıqlarına görə turnirə buraxılmamaları ilə cəzalandırılacaqları deyilir. UEFA rəsmisi isə məsələ ilə əlaqədar söyləyib:


"Bəli, onların Çempionlar Liqasından qovulması ehtimalı var. Bir klub qaydalara əməl etmirsə, kənarlaşdırıla bilər. Bütün klubların bu qaydaları qəbul etdiyini vurğulamaq lazımdır. Bəzi faktlar səhv təsvir olunduğu üçün bir şeyə aydınlıq gətirmək istərdim. Baş verənlər şəxsi qərar deyil və UEFA prezidenti və ya UEFA İcraiyyə Komitəsi ilə heç bir əlaqəsi yoxdur. UEFA-da bir tərəfdən icra və məhkəmə hakimiyyəti, digər tərəfdən isə müstəqil məhkəmə hakimiyyəti ilə açıq şəkildə güc bölgüsü var. Məhkəmə işinə nə prezident Aleksandr Çeferin, nə də mən təsir edə bilərəm. Müstəqil hakimlər müstəqil qərarlar verirlər. Bu üç klub dünyanın ən yaxşılarından hesab olunur, niyə onların yarışmayacağını gözləməliyik? Ancaq təbii ki, UEFA üçün bütün klublar eynidir, hörmət, idman ləyaqəti və bərabər münasibət kimi dəyərlər qorunur. Qaydaları pozdularsa, müstəqil qurumlar tərəfindən təyin ediləcək nəticələri qəbul etməlidirlər".


Xatırladaq ki, aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real", “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb.

0 comments
bottom of page