top of page

İngiltərə Premyer Liqasının oyunçusu infarkt keçirtdi, matç ləğv edildi! VİDEO


İngiltərə Premyer Liqasının "Bornmut" - "Luton Taun" matçı ləğv edilib.

90plus.az xəbər verir ki, buna səbəb görüşün 59-cu dəqiqəsində qonaqların müdafiəçisi və kapitanı Tom Lokyerin huşunu itirməsi olub.

29 yaşlı futbolçu özündən gedib və qazona yıxılıb. Hər iki komandanın fizioterapevtləri və həkimləri dərhal onun köməyinə gəliblər. Bundan sonra futbolçu xərəkdə meydandan çıxarılıb və azarkeşlər ayağa qalxaraq onu alqışlayıblar.


"Luton"un kapitanı Tom Lokyerin oyun zamanı huşunu itirdiyi an…

Əvvəlcə baş hakim Saymon Huper futbolçuları meydandan çıxararaq matçı dayandırıb. Daha sonra arbitrlər komandası bugünkü görüşü ləğv etmək qərarına gəlib. Qarşılaşma dayandırılan vaxtda hesab 1:1 olub.


“Luton Taun” oyunçunun vəziyyətinin stabil olduğunu və hazırda xəstəxanada müşahidə altında olduğunu açıqlayıb.


“Luton” kapitanı daha əvvəl iyun ayında Çempionşip pley-offunun finalında da huşunu itirərək yerə yıxılmışdı.

0 comments

Comments


bottom of page