top of page

“Oyunçusu olanda klub haqqında danışsın, ayrılandan sonra yox” PSJ prezidentindən Messiyə!


PSJ futbol klubunun prezidenti Nasser Əl-Xelayfi Lionel Messinin ABŞ təmsilçisi "İnter Mayami"yə keçməsindən sonra Fransa komandası ilə bağlı açıqlamalarına təəssüfləndiyini deyib.


90plus.az  “RMC Sport”a istinadən xəbər verir ki, Messinin dedikləri klub prezidentinin xətrinə dəyib:


“Ona böyük hörmətim var, amma kimsə PSJ haqqında pis danışırsa, bu yaxşı deyil, hörmət adlandıra biləcəyiniz şey deyil. O, pis insan deyil, amma bu mənim xoşuma gəlmir. İstəyirəm ki, hər kəs oyunçu olanda klub haqqında danışsın, ayrılandan sonra yox. Bu, bizim üslubumuz deyil.

Messi tarixin ən yaxşı oyunçusudur. "Barselona"dan uzun illərdən sonra bura gəlmək onun üçün asan olmadı. Orada onun üçün hər şey edildi. Kilian Mbappe burada oynayır və Neymar kimi başqa oyunçular da var idi”.


Messi ötən mövsümün sonunda PSJ-dən ayrılaraq MLS komandası ilə müqavilə imzalayıb. İyunda 36 yaşlı hücumçu Paris komandasında olduğu iki ilin onun üçün çətin keçdiyini bildirib.


0 comments

Comments


bottom of page