top of page

Oyuna çıxmayan komanda Azərbaycan çempionatından kənarlaşdırılıb


Futzal üzrə Azərbaycan II Liqasında çıxış edən "Hövsan" klubu çempionatdan kənarlaşdırılıb. 90plus.az xəbər verir ki, buna komandanın üzrlü səbəb olmadan üçüncü dəfə oyuna gəlməməsi səbəb olub. "Hövsan" matçların 50%-ni keçirdiyi üçün bütün qalan görüşlərdə kluba 0:5 hesabı ilə məğlubiyyət verilib. Klub bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində qərardan apellyasiya vermək hüququna malikdir.

0 comments
bottom of page