top of page

"Çempionatdan öncə 4 xal versələr, sevə-sevə razılaşardıq" - Qaret Beyl



"Qələbə qazandığımız üçün sevincliyəm. Oyuna ciddi hazırlaşmışdıq. Meydanda sonadək mübarizə apardıq".

"90plus"un məlumatına görə, bu fikirləri Uels millisinin kapitanı Qaret Beyl Bakıda Türkiyəyə 2:0 hesabı ilə qalib gəldikləri AVRO-2020-nin A qrupunun II tur matçından sonra deyib.

32 yaşlı hücumçu bildirib ki, ikinci hissədə penaltini boşa versə də, xarakter nümayiş etdirib: "Ruhdan düşmədim və mübarizə aparmağa davam etdim. İkinci qol möhtəşəm alındı".

Təcrübəli oyunçunun sözlərinə görə, bu görüşdə qələbə qazanmaq önəmli idi: "İlk baxışdan 4 xal qrupdan çıxmaq üçün yetərli görünür. Amma arxayınlaşmamalıyıq. Turnirdən öncə 4 xal verilsəydi, dərhal qəbul edərdik".

Qeyd edək ki, Qaret Beyl matçın ən yaxşı futbolçusu seçilib.

0 comments
bottom of page