top of page

Oyunla bağlı verilən qərar Türkiyə mediasında “Sürpriz” adlandı!


26 mart saat 20:00 da Bakı Olimpiya Stadionunda "Qarabağ”la Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq oyununda VAR sisteminin tətbiqi Türkiyənin bəzi nüfuzlu media qurumlarının diqqətini çəkib.


"Hazırlıq matçı olmasına baxmayaraq, bu görüşdə VAR-dan istifadə olunacaq” - deyə “Fanatik” qəzeti yayıb. Yazı oxuculara “Qarabağ” - “Qalatasaray” oyununda VAR sürprizi” başlığı ilə təqdim olunub.“Milliyyət” qəzeti isə "Qalatasaray"a "Qarabağ"da VAR süprizi” adlı yazısında “sarı-qırmızılılar”ın ötən həftə Superliqada “Konyaspor”la matçı yada salınıb. Bildirilib ki, Ahmet Oğuzun “Qalatasaray”lı Leo Duboisin ayaq biləyinə zərbə vurduğu epizod günlərdir danışılır. Bu hərəkətə görə sarı vərəqə verilməməsi və VAR-dan istifadə olunmaması günlərdir müzakirə mövzusudur. Həmin görüşdə “Konyaspor” “Qalatararay”a qalib gəlməklə (2:1) onun 14 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub.Yazılarda “Qarabağ” - “Qalatasaray” matçında əldə edilən bütün gəlirin Türkiyədə zəlzələdən zərər çəkən bölgələrə yönəldiləcəyi xatırladılıb.


Əlavə olaraq, AFFA elan edib ki, saat 20:00-da başlayacaq qarşılaşmanın baş hakimi FİFA referisi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Oyunun VAR hakimləri Cavid Cəlilov və Müslüm Əliyev olacaq.

0 comments
bottom of page