top of page

“Oyunun məzmunu xoşuma gəldi” - Murad Musayev

“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 26-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.


90plus.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:


“Oyunun məzmunu xoşuma gəldi. Baxmayaraq ki, sona qədər gərginlik vardı. Çox məmnunam ki, bu cür çətin oyunda qələbə qazandıq. Mənim rəqibə çox böyük hörmətim var. Onların çox yaxşı qol imkanları var idi. Təmiz və səliqəli şəkildə oynadılar".

0 comments
bottom of page