top of page

"Oyunçularımız yorulsa, hər şey bitəcək"


"Real"ın baş məşqçisi Karlo Ançelotti sıx oyun qrafikindən şikayətlənib.

90plus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, mütəxəssis deyib:

“Turnirlərdə iştirakdan imtina etməyəcəyik, çünki finala çox yaxınıq. Biz İspaniya kubokunun yarımfinalındayıq və ölkə çempionatında, həmçinin Çempionlar Liqasında mübarizə aparırıq. Qüvvələri düzgün paylamaq vacibdir, çünki bu, inanılmaz dərəcədə mürəkkəb bir təqvimdir. Düşünürəm ki, bir anlıq dayanmaq lazımdır, çünki oyunçular yorulsa, hər şey bitəcək. Biz oynamaqdan və daim mübarizə aparmaqdan xoşbəxtik. Amma düşünürəm ki, gücümüzün çata bilməyəcəyi hədd var. Bunun qarşısını almaq üçün bir şey etmək lazımdır".

Qeyd edək ki, "Real" hazırda La Liqanın turnir cədvəlində 42 xalla 2-cidir.

0 comments

Recent Posts

See All
bottom of page