top of page

Pau Kubarsini alan klub yarım milyard “saymalıdır”


"Barselona" müdafiəçisi Pau Kubarsi ilə yeni müqavilə bağlayıb.


90plus.az klubun media hesabına istinadən xəbər verir ki, 17 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 30 iyun 2027-ci il tarixinədək nəzərdə tutulub. 


Müqavilədə 500 milyon avroluq təzminat bəndi var. Kubarsini almaq istəyən klublar sözləşməyə xitam vermək üçün bu məbləği ödəməlidirlər. 


Qeyd: Pau cari mövsümdə La Liqada 15, Çempionlar Liqasında isə 3 oyun keçirib.

0 comments

Recent Posts

See All
bottom of page