top of page

Pedri: “İndi mənim üçün əsas formada olmaqdır”

“Barselona”nın yarımmüdafiəçisi Pedri Kataloniya klubunun 1:0 hesabı ilə qalib gəldiyi “Real Sosyedad”la sonuncu matçdan emosiyalarını bölüşüb.


90plus.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, yenidən meydana qayıtdığı üçün xoşbəxt olduğunu söyləyib:


“Bu matç insanların zövq aldığı oyunlardan biri idi. Qalib gəldiyim və yenidən oynadığım üçün çox xoşbəxtəm. Meydana qayıtmağı çox istəyirdim. Zədələnəndə sağlam olmağın və oynamağın nə demək olduğunu tam başa düşürsən. İndi mənim üçün əsas formada olmaqdır. Mən həmişə komandaya kömək etməyə çalışıram. Oyunumuzda yüksək temp olmadığı üçün parlaq matç keçirmədik, amma xoşbəxt ayrılırıq”.


İspaniyalı futbolçu ötən ilin avqustunda bud nahiyəsindən zədə alıb. “Real Sosyedad” ilə matç onun zədədən sağaldıqdan sonra ilk oyunu olub.



0 comments

Recent Posts

See All

תגובות


bottom of page