top of page

Pekin-2022: İdmançımız final mərhələsində çıxış edəcək!



Bu gün Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarının final mərhələsində çıxış edəcək.


90plus.az xəbər verir ki, 19 yaşlı idmançı Bakı vaxtı ilə saat 14:00-da startı veriləcək yarışda sərbəst proqramda məharətini göstərməyə çalışacaq.

Ryabova buz üzərinə 10-cu çıxacaq. Konkisürən qısa proqramda 61,82 xalla 16-cı olub və "24-lüy"ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb.

Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşir.

Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

0 comments

Recent Posts

See All

“Azərreyl”in qızları çempiondur!

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının 1-cisi ”Azərreyl” oldu! 90plus.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan final matçında "Azərreyl" "Abşeron" üzərində 3:1-lik qələbə qaz

bottom of page