top of page

Pekin-2022: Olimpiadada nəticələrə yenidən baxılacaq!

Pekin-2022 Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə üzrə komanda turnirinin nəticələrinə yenidən baxıla bilər.


90plus.az AP-yə istinadən xəbər verir ki, yarış fevralın 7-də başa çatsa da, hələlik mükafatlandırma mərasimi keçirilməyib. Bu, medalların paylanmasına təsir edə biləcək hüquqi mübahisə ilə bağlıdır.

Beynəlxalq Olimpiya Komitəsinin sözçüsü Mark Adams bildirib ki, mükafatlandırma mərasimi beynəlxalq federasiyadan hüquqi məsləhət alma zərurətinə görə təxirə salınıb: "Medal qazanmış idmançılar bu işin içindədir. Hər kəs vəziyyəti mümkün qədər tez həll etmək üçün əlindən gələni edir".

Qeyd edək ki, komanda yarışlarında Rusiya birinci yeri tutubsa, ABŞ ikinci, Yaponiya isə üçüncü olub.


0 comments
bottom of page