top of page

Pelenin anası hələ də oğlunun öldüyünü bilmir

Dekabrın 29-da dünyasını dəyişmiş braziliyalı əfsanəvi futbolçu Pelenin anası Selesta Arantes oğlunun ölümündən xəbərsizdir.


90plus.az "Mirror"a istinadən xəbər verir ki, bu barədə keçmiş hücumçunun bacısı Maria Lusia do Naskimento məlumat verib.


O, anasının Pelenin vəfat etdiyini bilmədiyini söyləyib: "Biz onunla danışırıq, amma vəziyyəti bilmir. O, öz aləmindədir. Mən Pelenin adını çəkəndə və "biz onun üçün dua edəcəyik" deyəndə gözlərini açır. Lakin dediklərimin fərqində deyil".


Qeyd edək ki, Selesta Arantes ötən ay 100 yaşını qeyd edib. Pele 82 yaşında vəfat dünyasını dəyişib. Əfsanəvi forvard yanvarın 3-də dəfn olunacaq.

0 comments
bottom of page