top of page

Pep: “Brüyne yanvarda qayıdacaq”


"Man Siti"nin çalışdırıcısı Pep Qvardiola Kevin De Brüynenin zədəsi haqqında danışıb.


90plus.az GOAL-a istinadən xəbər verir ki, Quardiola diz əməliyyatı olan yarımmüdafiəçinin yanvarda qayıdacağını deyib:


"Yanvarda qayıdacağını deyibsə, deməli, qayıdacaq. Onun artıq 21 yaşı yoxdur. Təəssüf ki, zədələri artıb. Yaxşı hazırlaşmalıdır. Gələn kimi mükəmməl olacağını gözləmirik”.


Qeyd edək ki, Brüyne bu ilin avqustunda mövsümün açılış oyununda (Burnley-ə qarşı) zədələndi və 4-5 aylıq sıradan çıxdı.

0 comments

Comentários


bottom of page