top of page

Pep: “Messidən sonrakı ən yaxşı futbolçunu tanıdım”


"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın hücumameyilli yarımmüdafiəçisi Fil Foden haqda ağızdolusu danışıb.


90plus.az  "Dailymail"ə istinadən xəbər verir ki, o, ingiltərəlini Lionel Messi ilə müqayisə edib: 


"Yaxşı oyunçular yaxşı oynaya bilər, lakin matçlarda qalib gəlməlidirlər. Messidən sonra ən yaxşı oyunçunu tanıdım. Onları müqayisə etmək istəmirəm, çünki Fil Leo səviyyəsində deyil. Lakin o, matçlarda qalib gəlir”.


Qeyd: 23 yaşlı futbolçu bu mövsüm 40 matda 18 qol vurub, 10 qolun ötürməsini verib

0 comments

Recent Posts

See All

Comments


bottom of page