top of page

Pep: “Qorxursansa, matçları evdən izləməlisən”


Bu gün “Real”la doğma “Etihad”da Çempionlar Liqasının 1/4 finalının cavab oyununa hazırlaşan Pep Qvardiola iddialı danışıb.


90plus.az xəbər verir ki, o, mediaya açıqlamasında bunları deyib:


"Real" turniri ən çox qazanan komandadır. "Mançester Siti" "Real"dan çəkinmir. Əgər rəqibdən qorxursansa, o zaman matçları evdən izləməlisən. Çempionlar Liqasını qazanmağa hazırıq. Buna görə də ən yaxşı komandaları məğlub etməliyik".


Qeyd: “Man Siti” - “Real Madrid” görüşü saat 23:00-da başlayacaq. Tərəflərin ilk qarşıdurması 3-3 bitib.

0 comments
bottom of page