top of page

Pep Qvardiola İngiltərənin Avro-2024-ü qazanacağını deyir


“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə millisinin Avro-2024-dəki şansları barədə danışıb.


90plus.az xəbər verir ki, ispan çalışdırıcı İngiltərənin iddialı olduğunu deyib:


"İngiltərə millisinin yaxşı heyəti var. Tək hücumda deyil, müdafiədə və yarımmüdafiədə istedadlı futbolçulara sahibdirlər. Baş məşqçi Qaret Sautqeyt də nə etməli olduğunu yaxşı bilir.


Elə bir hiss var ki, İngiltərə millisi kuboku qazanmağa yaxındır. Son Avropa və dünya çempionatında iddialılardan olduqlarını göstərdilər. Gec-tez Avropa çempionu da olacaqlar".


Qeyd: Futbol üzrə Avropa çempionatı 14 iyun - 14 iyul aralığında keçiriləcək.

0 comments
bottom of page