top of page

Pep Qvardiola maraqlı açıqlama verib

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola növbəti dəfə yarımfinalda "Real"a uduzaraq mübarizəni dayandırmaları barədə danışıb.


90plus.az "Sky Sports"a istinadən xəbər verir ki, mütəxəssis bu sözləri deyib:


"Çempionlar Liqası ilə vidalaşsaq da, məncə, pis mövsüm keçirmədik. Çünki bu mövsüm yenə də yarımfinalda idik. Əlbəttə ki, Çempionlar Liqasının qalibi olmaq istəyirdik. Hətta 2016-cı ildə klubla müqavilə imzalamamışdan əvvəl mənə zəng gəlmişdi.


Rəhbərlik mənə "Mançester Siti"nin Çempionlar Liqasını qazanmalı olduğunu demədi Hətta Premyer Liqa çempionluğu barədə də danışmadılar. Sadəcə bütün yarışlarda sonadək mübarizə aparan, azarkeşlər, futbolsevərlər üçün baxımlı oyun nümayiş etdirən bir komanda olmaq istədiklərini dedilər. Bu səbəbdən mənim qapımı döydülər. Ona görə də müqavilə imzaladıq. Şübhəsiz ki, biz həmin tələbbi yerinə yetirdik. Bunu "Mançester Siti"yə qarşı oynayan bütün komandalar bilir. Amma əgər biz Çempionlar Liqasını qazansaydıq, hamı deyərdi ki, bunun səbəi zəhmət yox, puldur".


Qeyd edək ki, "şəhərlilər" yarımfinalda ilk görüşdə 4:3 hesablı qələbə qazansalar da, cavab oyununda 1:3 hesabı ilə uduzublar və turnirdə mübarizəni dayandırıblar.

1 comment
bottom of page