top of page

Pep Qvardiola: “Real”dan qorxmuruq!”


"Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiola Çempionlar Liqasının 1/4 final mərhələsində "Real"la cavab oyunu haqda fikirlərini bildirib.


90plus.az xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında ÇL-i ən çox qazanan (14) Madrid təmsilçisindən çəkinmədiyini deyib:


"Real"a çox hörmət edirik, amma qorxmuruq. Əgər onlar qalib gəlsələr, təbrik edib, gələcəkdə uğurlar arzulayacağıq. Qarşılaşmaya hazır olmalıyıq. Oyun başlayana qədər kimin və necə oynayacağını bilə bilmərik. İlk oyundakından daha yaxşı nəticə qazanmalı olacağıq. Həmin oyunda “Real” hər şeyi yaxşı bacardı. İndi isə vəziyyəti düzəltmək lazımdır”.


Qeyd: "Mançester Siti" - "Real" matçı sabah saat 23:00-da başlayacaq. Komandalar arasında ilk görüş 3:3 hesabı ilə başa çatıb.

0 comments

Opmerkingen


bottom of page