top of page

Pep Qvardiola: “Əlimizdən gələn hər şeyi etdik”


“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasında “Real”a məğlub olaraq mübarizəni dayandırdıqları oyun haqda danışıb.


90plus.az xəbər verir ki, Qvardiola məğlubiyyəti bu cür şərh edib:


"Qələbə qazanmaq istəyərdim. "Real"ı təbrik edirəm. Biz əlimizdən gələn hər şeyi etdik. Ona görə də heç nəyə görə qətiyyən peşman deyiləm. Bir məşqçi kimi həmişə deyirəm: Əsas odur ki, daha çox qol vuraq və az qol buraxmalıyıq.  Əla oynadıq, amma təəssüf ki, qalib gələ bilmədik. Futbol belədir. Bəzən penaltilər seriyasında qalib gələ bilirsən, bəzən isə bacarmırsan. Amma oyunda çox yaxşı müdafiə olunsaq da, əlimizdə olan şansları qola çevirə bilmədik. Hər kəs yüksək səviyyədə çıxış etdi”.


Qeyd: "Mançester Siti" Çempionlar Liqasının son qalibidir.

0 comments
bottom of page