top of page

Pep: “Real”a uduzmaq üzümüzə vurulan yumruqdur”

 

Man Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 finalında “Real”a uduzaraq mübarizəni dayandırmasından ürək yanğısı ilə danışıb.


90plus.az xəbər verir ki, məğlubiyyəti qəbullana bilməyən mütəxəssis bunu “üzünə vurulan yumruq” adlandırıb:


“İnsanlar üzümüzə vurulan və Çempionlar Liqasından kənarda qalmağımıza səbəb olan zərbəni başa düşə bilmirlər.


Niyə İngiltərə Kuboku üçün bizə bir gün daha vermədiklərini anlamıram. “Real Madrid”ə uduzmaq üzümüzə vurulan bir yumruq kimi idi. Bu gün oynamağımız isə yolverilməzdir. Məsələn, növbəti cümə günü oyunu salmaq olardı. “Manchester Yunayted”, “Çelsi” və “Koventri” Çempionlar Liqasında deyillər, lakin onlar həftə ərzində oynamırlar. Bu gün necə sağ qaldığımızı anlamıram. Bu futbolçular əfsanədir. Mən sadəcə oyunçularımı qorumaq istəyirəm. Bizim bu gün oynamağımız isə oyunçuların sağlığı üçün heç yaxşı deyildi...”


Qeyd: Amma Pepin komandası “Çelsi” üzərində qələbə ilə finala yüksəlir və bütün yarışlarda məğlubiyyətsizlik seriyasını 29-a çatdırır. Bu isə klub rekordudur. Daha əvvəl "şəhərlilər" belə nəticə göstərməyiblər.

"Mançester Siti" bu 29 görüşdə 23 qələbə qazanıb, 6 dəfə heç-heçə edib. 


Mənbə: BBC / Fabrizio Romano

0 comments
bottom of page