top of page

PFL prezidenti və rəsmiləri Xankəndi yolunda ağır qəza keçirib!


Xankəndi şəhərinə səfər edən Peşəkar futbol liqasının prezidenti Elxan Səmədov və qurum rəsmiləri Ağdamda ağır qəzaya uğrayıb.


90plus.az APA-ya istinadən xəbər verir ki, vitse-prezident Aslan Şahgəldiyev, eləcə də qurum rəsmiləri Zaur Hacı-Məhərrəmov, Elgiz Abbasov və Sənan Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


DETALLI:


Elxan Səmədov: Sağ baldırın yuxarı 3-də 1-nin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı;


Sənan Abdullayev: Hər iki ayaq pəncəsinin əzilməsi;


Aslan Şahgəldiyev: L1 fəqərənin kompression sınığı;


Qafarlı Rasim Məmmədrəsul: Sağ diz oynağının əzilməsi; 


Elgiz Abbasov: Sağ diz nahiyə əzilməsi;


Zaur Hacıməhərrəmov: Burunun küt travması


Hazırda qurum rəsmiləri Bakıya gətirilir.


Qeyd edək ki, onlar dekabrın 21-də keçiriləcək “Qarabağ” - MOİK oyununun təşkilati məsələləri ilə əlaqədar Xankəndiyə gedirmişlər. Hər birinə Allahdan şəfa diləyirik.

0 comments

Comments


bottom of page