top of page

“Pike insanların ağzında saqqız olmağı sevir” - Xavi

“Barselona”nın baş məşqçisi Xavi Ernandes futbolçusu Jerar Pikenin İspaniya Superkubokunun oyunlarını Səudiyyə Ərəbistanında keçirilməsi üçün gördüyü işlər barədə danışıb.

90plus.goal.com-a istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis bunları deyib:


“Pike gülərüz bir insandır. O, insanların ağzında saqqız olmağı sevir. Mən isə daha diplomatik bir insanam. Jerarı tanıyıram. Əgər bu məsələyə köklənməsəydi, ona xəbərdarlıq edərdim. Amma belə məsələlər Pikeni gücləndirir. Bu, onun üçün adrenalin qaynağıdır. Daha dəqiq desək, narkotik kimidir. Jerar əlindən gələnin ən yaxşısını etməsəydi, narahat olardım. Onu tanıyıram. Pikeni necə idarə edəcəyimi bilirəm və onun da buna ehtiyacı var. Bu rəqabət ona yaxşı təsir edir”.


Qeyd edək ki, Pikenin şirkəti olan “Kosmos” İspaniya Superkubokunun Səudiyyə Ərəbistanında təşkili üçün danışıqlarda iştirak edir. Oyunçu turnirin 6 mövsüm sözügedən ölkədə keçirilməsi üçün ümumilikdə 24 milyon avro qazanacaq.

0 comments
bottom of page