top of page

Platini İnfantinonu məhkəməyə verib


UEFA-nın sabiq prezidenti Mişel Platini FIFA-nın rəhbəri Canni İnfantinonu məhkəməyə verib. 90plus.az "The New York Times" saytına istinadən xəbər verir ki, o, isveçrəli funksioneri səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırıb. Fransalı veteran hücumçu İnfantino ilə yanaşı, ali futbol qurumunun hüquq departamentinin keçmiş direktoru Marko Villigeri də ittiham edib. Artıq məsələ ilə bağlı Paris prokurorluğunda cinayət işi qaldırılıb. Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir. Mişel Platini isə 2007 - 2016-cı illərdə UEFA prezidenti olub.

0 comments
bottom of page