top of page

Poqbanın dopinq testi ikinci dəfə müsbət çıxdı

Fransa millisinin futbolçusu Pol Poqba 2 ildən 4 ilədək diskvalifikasiya oluna bilər.


90plus.as xəbər verir ki, buna səbəb dünya çempionunun dopinq testinin ikinci dəfə müsbət nəticə verməsidir.

İtaliyanın “Yuventus” klubunun yarımmüdafiəçisinin müdafiə hesabatını təqdim etmək üçün bir həftə vaxtı var. 30 yaşlı oyunçu yaxın həftələrdə dindiriləcək. Hətta “Yuventus” rəhbərliyi də onunla müqaviləyə xitam verməyə hazırlaşır.

Qeyd edək ki, İtaliya A seriyasının I turunda “Udineze” ilə keçirilən oyundan (3:0) sonra Pol Poqbadan götürülən analizin nəticəsi sentyabrın 11-də müsbət nəticə verib. Onun orqanizmində istifadəsi qadağan olunan maddə aşkarlanıb.



0 comments

Recent Posts

See All

댓글


bottom of page