top of page

Portuqaliya çempionatında azarkeşlər bir-birini yaraladı, oyun təxirə getdi!


Portuqaliya çempionatının 20-ci turunda dünən baş tutmalı olan "Famalikan" - "Sportinq" oyunu təxirə salınıb.


90plus.az xəbər verir ki, matçdan öncə iki komandamın azarkeşləri arasında baş verən dava buna səbəb olub.


Hadisə nəticəsində 2-si ağır olmaqla, 6 nəfər yaralı xəstəxanaya aparılıb. Stadionda kifayət qədər polis əməkdaşı da olmayıb. Görüş əvvəlcə 1 saat sonraya təyin edilsə də, daha sonra təxirə salınıb. Matçın nə vaxt keçiriləcəyi açıqlanmayıb.


"Sportinq" 49 xalla turnir cədvəlində birinci, "Famalikan" isə 22 xalla 9-cu pillədə qərarlaşıb.

0 comments

コメント


bottom of page