top of page

“Portuqaliya Avronu qazana bilər, ancaq Kriştiano Ronaldo oynamasa”


Bir vaxtlar "Çelsi"də oynayan və 1998-ci ildə Fransa ilə Dünya Kubokunu qazanan Frank Lebyof Portuqaliyanın Avro-2024-ü qazanmaq üçün bir tək yolunun olduğunu söyləyib.


90plus.az "Goal"a istinadən xəbər verir ki, sabiq futbolçu Portuqaliyanın səkkiz ildə ikinci Avropa Çempionatında qələbə qazanma şansının 39 yaşlı Ronaldonun turnirdə iştirak etməməsindən asılı olduğunu söylədi:


"Mənim üçün Portuqaliya əslində bu yay keçiriləcək Avro-2024-ün çempionluğa namizədlərindən biridir. Mən düşünürəm ki, onlar Avronu qazana bilərlər, ancaq Kriştiano Ronaldo oynamasa. "Ronaldoya futbolu başqa səviyyəyə qaldırdığı üçün təşəkkür etmək istəyirəm, amma hər kəsin bir sonu var".


Qeyd: Ronaldo AVRO-2024-ün seçmə mərhələsində Portuqaliya yığmasının kapitanı olub, 10 oyundan biri istisna olmaqla, doqquz matçda 10 qol vurub. Lakin o, seçmə və yoldaşlıq görüşlərində həmişə yüksək nəticə göstərsə də, böyük turnirlərdəki rekordu daha zəifdir. Ronaldo 2022-ci il Dünya Kubokunda cəmi bir dəfə qol vurub, AVRO-2020-də Portuqaliya 1/16-da Belçika ilə mübarizədən kənarlaşdırıldığı zaman qolsuz qaldı.

0 comments

Recent Posts

See All
bottom of page