top of page

Portuqaliya İspaniyaya uduzdu, Ukraynadan heç-heçə

Bu gün Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib.


90plus.az xəbər verir ki, mərhələyə A, B və C Liqalarında oynanılacaq 9 matçla yekun vurulub. Nəticədə final və pley-off mərhələsinin bütün iştirakçılarının adına aydınlıq gəlib.


A Liqasının 2-ci qrupunda Portuqaliya İspaniyaya uduzub. Nəticədə İspaniya qrup mərhələsini lider kimi başa vurub və finala adlayıb. İsveçrə Çexiya ilə üz-üzə gəlib və qələbə qazanıb. Nəticədə İsveçrə A Liqasında qalmağı bacarıb, Çexiya isə aşağı liqaya yuvarlanıb.


B Liqasının 1-ci qrupunda Ukrayna millisi A Liqasına və pley-offa adlamaq üçün Polşada Şotlandiyanı məğlub etməli idi. Lakin görüş qolsuz bərabərliklə başa çatıb. Şotlandiya pley-off-a adlayıb.


4-cü qrupda Serbiya səfərdə Norveçə qalib gəlib. Serbiya yığması həm A Liqasına, həm də pley-offa vəsiqə əldə edib. Qrupun digər matçında Sloveniya İsveçlə səfərrdə heç-heçə edərək, B Liqasındakı yerini qoruyub. Meydan sahibləri isə aşağı diviziona düşüb.


C Liqasının 2-ci qrupunda Kosovo Kipri darmadağın edərək, C Liqasında qalıb. Kipr isə sözügedən divizionu tərk edib.

0 comments
bottom of page