top of page

Premyer Liqa bərpa olunur

Azərbaycan Premyer Liqasında bu mövsümün bərpasına qərar verilib.



90plus.az-ın əldə etdiyi xəbərə görə, 2019/2020 mövsümünün mayın sonu, ən geci iyunun əvvəli bərpası nəzərdə tutulub.

Rəsmi qərarın bu gün Klublar Komitəsinin videokonfrans formatında iclasından sonra  açıqlanacağı gözlənilir. Saat 12.00-da başlayan iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edir.

Premyer Liqa təmsilçilərinin isə sabahdan yenidən məşqlərə başlayacağı gözlənilir.


Qeyd edək ki, Premyer Liqanın matçları

koronavirus səbəbindən təxirə salınıb.

0 comments
bottom of page