top of page

Premyer Liqadan toppaylayan uşaqlara maraqlı qadağa!


İngiltərə Premyer Liqasında toppaylayan uşaqlara (ing. ballboy) matçlarda hücum zamanı top meydanı tərk edərsə, onu həmin komandanın oyunçusuna atmağı qadağan edib.


90plus.az xəbər verir ki, bunun hücum edən tərəfə ədalətsiz üstünlük qazandırmaq olduğu vurğulanır. Beləcə, hərəkət təhlükəli hücumlar yaratmanın qarşısını alacaq. 


Bildirilir ki, bundan sonra futbolçular meydanın kənarındakı konusların yanına qoyulan topu özləri götürməlidir.


Qeyd: Oyunlar zamanı uşaqlara hətta konusların yanında olmağa da icazə verilmir. Liqa ümid edir ki, bununla futbolçular topu özlərinin götürməli olduğunu başa düşəcəklər.


Dəyişiklikdən sonra yan xətlərin yaxınlığında əlavə 4 top qoyulacaq. Yalnız həmin 4 topdan biri istifadə olunanda bolboylara onu yeniləri əvəzləmək icazəsi veriləcək.


Mənbə: The Telegraph

0 comments

Comments


bottom of page