top of page

Prosineçki bizim Markoları millidə oynatdı və qələbə qazandı


“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviç Monteneqro millisində Belarusa qarşı yoldaşlıq matçında start heyətində yer alıblar.


90plus.az xəbər verir ki, Veşoviç sona qədər oynayıb. Yankoviç isə 66-cı dəqiqədə əvəzlənib. Görüş Monteneqronun 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Monteneqro millisini hazırda Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki çalışdırır. Belarusla qarşılaşma onun üçün Monteneqro millisində debüt oyunu olub.


Qeyd: Monteneqro millisi martın 25-də Şimali Makedoniya ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

0 comments

Comments


bottom of page