top of page

PSJ 45 milyona yeni futbolçu transfer etdi

PSJ heyətini yeni futbolçu ilə gücləndirib.


90plus.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Paris təmsilçisi "Lion"dan Bredli Barkolanı transfer edib.


PSJ qarşı tərəfə 45 milyon avro ödəyib. Daha 5 milyon avro mümkün bonuslar kimi təqdim olunacaq. 20 yaşlı hücumçu ilə 5 illik (2028-ci il iyunun sonuna qədər) müqavilə imzalanıb. 

Qeyd edək ki, Barkola 2022/2023 mövsümündə "Lion" üçün bütün yarışlarda 31 oyuna çıxıb, 7 qol vurub və 9 qolun ötürməsini verib. Futbolçunun keçmiş klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi idi.



0 comments

Comments


bottom of page