top of page

PSJ-dən Messi və Ronaldo açıqlaması

PSJ-nin idman direktoru Leonardo “Barselona”nın kapitanı Lieonel Messi və “Yuventus”un hücumçusu Kriştiano Ronaldonun Paris klubuna keçəcəklərinə dair yayılan xəbərlərə münasibət bildirib. 90plus.az xəbər verir ki, klub rəsmisi “Goal”a açıqlamasında bütün ulduz futbolçuların adının Paris klubu ilə hallanmasının normal olduğunu deyib: “Biz diqqətliyik, Messi ilə bağlı heç nə yoxdur. Ronaldo? Biz bu cür transfer iddialarında PSJ-nin adının hallanmasına şadıq. Ümumiyyətlə, PSJ çox arzuedilən klubdur. Bütün böyük futbolçular PSJ ilə əlaqələndirilir. Təqdir olunası bir haldır. Bura gəlmək istəyən yaxşı futbolçularlı həmişə dinləməyə hazırıq. Ancaq indi danışıq apardığımız yeni bir futbolçu yoxdur”.

Xatırladaq ki, Messinin “Barselona” ilə müqaviləsi bu yay başa çatır. Ronaldonun Turin klubu ilə sözləşməsi isə gələn ilin iyununa qədərdir. Hər iki futbolçunun klubunu dəyişəcəyi haqda xəbərlər yayılmaqdadır.

0 comments
bottom of page