top of page

PSJ Haland üçün hərəkətə keçir

Fransanın PSJ klubu İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Haland üçün təxminən 200 milyon avro ödəməyə hazırdır.


90plus.az xəbər verir ki, bu barədə “Marca” nəşri yazıb.


Nəşr qeyd edib ki, Halandın alınması Lionel Messi, Neymar və Serxio Ramosun Paris klubundakı gələcəyinə təsir edəcək.


Halandın müqaviləsindəki 200 milyon avroluq mümkün satış maddəsi 2025-ci ilin yayında aktivləşdiriləcək.


Qeyd edək ki, Erlinq Haland 10 qolla cari Çempionlar Liqasının bombardiridir.

0 comments
bottom of page