top of page

PSJ-nin kapitanı rekord qırıb


PSJ-nin müdafiəçisi Markinyos Çempionlar Liqasının 1/4 finalında “Barselona” ilə oyunda (2:3) yeni rekord müəyyənləşdirib.


90plus.az xəbər verir ki, braziliyalı futbolçu Paris təmsilçisində 436-cı  matça çıxıb.


Bununla da, PSJ-də ən çox oyuna çıxan futbolçu olub. O, 1975-1989-cu illərdə klubda çıxış etmiş Jan-Mark Pilorjeni qabaqlayıb.


29 yaşlı Markinyos 2013-cü ildən PSJ-dədir və komandanın kapitanıdır.

0 comments
bottom of page