top of page

PSJ-nin müdafiəçisi 4 ay yaşıl meydanlardan kənarda qalacaq

PSJ-nin müdafiəçisi Nuno Mendeş yenidən sıradan çıxıb.


90plus.az Fransa mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bud nahiyəsindən zədə alıb və təxminən 4 ay yaşıl meydanlardan kənarda qalacaq.


Tibbi müayinədən sonra məşqçilər heyəti Mendeşi əməliyyat üçün Finlandiyaya göndərmək qərarına gəlib.


21 yaşlı futbolçu PSJ-nin heyətində son oyununu aprel ayında keçirib. O, apreldən bəri daim müxtəlif zədələrdən sağalıb, sonra yenə sıradan çıxıb.



0 comments

Comments


bottom of page