top of page

“Qızıl top” səsverməsində Mbappe kimə səs verəcək

PSJ-nin hücumçusu Kilian Mbappe 2022/23 mövsümü üçün “qızıl top” sorğusunda “İnter Mayami”nin futbolçusu Lionel Messiyə səs verəcəyini açıqlayıb.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvard Messini ilin oyunçusu adlandırıb:


“Qızıl top” səsverməsində Messiyə səs verəcəm. Fərdi olaraq o, ilin ən yaxşı oyunçusu idi və bu mükafata layiqdir”.


Mbappe və Messi 2021-2023-cü illərdə PSJ-də birgə çıxış ediblər. Bu ilin iyulunda 36 yaşlı argentinalı futbolçu “İnter Mayami”yə keçib.

“Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 30-da Parisdə (Fransa) keçiriləcək.



0 comments

Comments


bottom of page