"Qəbələ" U-19 kubokunun qalibi olub!



Bu gün AFFA-nın təşkil etdiyi U-19 gənclər kubokunun final oyunu baş tutub.

90plus.az xəbər verir ki, "Qəbələ" "Sabah"la qarşılaşıb. Əsas vaxtı qolsuz yekunlaşan oyunun əlavə vaxtında həlledici qolu "Qəbələ"dən Mehrac Baxşalı 102-ci dəqiqədə baş zərbəsi ilə vurub.

Beləcə, Bayıldakı “ASCO Arena”da keçirilən matçı Famil Xəlilovun baş məşqçisi olduğu "Qəbələ" 1:0 hesablı qələbə qazanaraq kuboka yiyələnib.

Bu, “Qəbələ”nin qazandığı ikinci kubokdur. U-19-dan öncə U-17-də ən güclü adını qazanıb. Komanda “U-17 Kuboku”nun qalibi adına yiyələnib.

Qeyd edək ki, qalib komanda Azərbaycanı Çempionlar Liqasında (Gənclər liqasında) təmsil edəcək.

Oyunun ən yaxşısı qaıib komandanın qol adı Mehrac Baxşalı seçilib. Turnirin ən məhsuldar oyunçusu isə "Sabah" klubundan Abdulla Rzayev olub.

0 comments

Recent Posts

See All