top of page

“Qəbələ” və “Qarabağ”ın görüşü təxirə salındı!


Misli Premyer Liqası, 23-cü turun “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb.


90plus.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 18-də keçirilməsi nəzərdə tutulan görüş aşağıdakı səbəbə görə təxirə salınır:


“Qarabağ” klubunun rəsmi müraciəti, “Qəbələ” klubunun razılıq məktubu, PFL Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndi nəzərə alınaraq “Qarabağ” klubunun ölkəmizi Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə Misli Premyer Liqasının 23-cü turunun “Qəbələ” – “Qarabağ” oyunu PFL tərəfindən təxirə salınıb. Görüşün oynanılma vaxtı ilə bağlı PFL-in rəsmi saytında əlavə məlumat yerləşdiriləcək. Komandaların əvəzedici heyətləri arasında baş tutacaq oyun təqvimə uyğun şəkildə reallaşacaq".


Qeyd: "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Portuqaliya "Braqa"sı ilə qarşılaşacaq. İlk görüş fevralın 15-də səfərdə, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.

0 comments

Commentaires


bottom of page