top of page

“Qalatasaray”a qarşı qapını sonadək Şahruddin “qorudu”


Bu gün Türkiyə Superliqasında 15-ci turunda Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəlievin çıxış etdiyi "Adana Demirspor" səfərdə "Qalatasaray"la qarşılaşıb.


90plus.az xəbər verir ki, Şahruddin bu görüşdə əvvəldən sonadək oynayıb, komandası 1:3 hesabı ilə uduzub.


"Qalatasaray" hazırda 40 xalla 1-ci, "Adana Demirspor" isə 23 xalla 5-ci pillədə qərarlaşıb. 37 xalla 2-ci pillədə olan "Fənərbaxça" sabah "Beşiktaş"a qalib gəlsə, liderliyi bərpa edəcək.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev Superliqanın son turunda "Samsunspor"la keçirilən oyunda ilk dəfə start heyətdə yer alıb. 2:3 hesablı məğlubiyyətdən sonra isə komandanın baş məşqçisi Patrik Klyüvert istefaya göndərilib.

0 comments
bottom of page