top of page

“Qalatasaray” PSJ-nin daha bir futbolçusunu transfer edir

“Qalatasaray” klubu PSJ-nin yarımmüdafiəçisi Leandro Paredesi transfer etməyə hazırlaşır.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə klubu artıq 6 milyon avro müqabilində argentinalını transfer etmək üçün Liqa 1 təmsilçisi ilə razılıq əldə edib.


Paredeslə 2027-ci ilə qədər nəzərdə tutulan müqavilənin imzalanacağı gözlənilir.


Futbolçu ötən mövsümü icarə əsasında “Yuventus”da keçirib. O, “qoca sinyora”nın heyətində 35 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

0 comments
bottom of page