top of page

"Qalatasaray" yoluna davam edir!


UEFA Avropa Liqasının qrup mərhələsində V turun növbəti oyunları keçirilib.

"90plus"un məlumatına görə, Türkiyə təmsilçilərindən "Qalatasaray" Fransa "Marsel"ini qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 4:2.

E qrupunun digər matçında İtaliya "Latsio"su Rusiyada "Lokomotiv"i darmadağın edib - 3:0. Bununla da İstanbul və Roma təmsilçiləri qrupda ilk 2 yeri təmin edərək, növbəti mərhələyə yüksəlib.

0 comments
bottom of page